Xidmətlərimiz
Bonum Medical klinikası olaraq məqsədimiz hər bir insan üçün yüksək keyfiyyətli, əlçatan və etibarlı tibbi xidmət təqdim etməkdir. Klinikamızda 14 fərqli ixtisaslaşmış sahə üzrə ambulator, 2 sahə üzrə isə stasionar tibbi xidmətlər fəaliyyət göstərir. Bütün bölmələr tam təchizatlı, son texnoloji avadanlıqlarla təmin olunmuşdur və pasiyentlərə yüksək səviyyədə xidmət göstərmək üçün təşkil olunub.
Ambulator xidmətlər çərçivəsində əhalinin gündəlik tibbi ehtiyaclarını qarşılayan geniş spektrli müayinə və müalicə imkanları mövcuddur. Hər bir sahədə peşəkar həkim komandamız fərdi yanaşma ilə çalışır və pasiyent məmnuniyyətini ön planda tutur.
Stasionar xidmətlər sahəsində isə göz cərrahiyyəsi xüsusi yer tutur. Göz cərrahiyyəsinin bütün növlərini əhatə edən klinikamız Ekzimer Lazer, YAG, Argon Lazer , Fako Emulsifukasiya kimi qabaqcıl texnologiyalarla təchiz olunub. Bu bölmədə həm yerli, həm də paytaxtdan dəvət olunmuş tanınmış mütəxəssislər uzunillik təcrübələri ilə fəaliyyət göstərir və yüksək nəticələr əldə edilir.
Bundan əlavə, Endoskopik LOR, uroloji, ginekoloji cərrahiyyə və digər ixtisaslaşmış xidmətlər bölgədə yalnız Bonum Medical klinikasında mövcuddur. Bir çox sahələr üzrə klinikamız ölkənin şimal bölgəsi əhalisinin etibarlı ünvanı kimi tanınır.
Hazırda stasionar bölmələrin genişləndirilməsi və yeni ixtisaslaşmış xidmətlərin bölgəyə qazandırılması istiqamətində işlər davam etdirilir. Məqsədimiz, pasiyentlərimizin heç bir tibbi xidmət üçün bölgədən kənara çıxmağa ehtiyac duymamasını təmin etməkdir.