Lor

Lor

Bonum Medical klinikasının LOR bölməsi qulaq, burun və boğazla bağlı bütün tibbi problemlərin dəqiq diaqnostika və müasir üsullarla müalicəsi üçün tam şəkildə təchiz olunmuşdur. Bölməmizdə endoskopik müayinə sistemləri, ambulator cərrahi müdaxilələr və müasir diaqnostik metodlar uzun illər təcrübəyə malik peşəkar həkim tərəfindən uğurla tətbiq edilir.
Bölgədə yalnız klinikamızda mövcud olan endoskopik LOR diaqnostika sistemi vasitəsilə qulaq, burun və boğaz nahiyələrinin daxili quruluşu yüksək dəqiqliklə görüntülənir. Bu sistem həkimə patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamağa, xəstəyə isə vizual şəkildə vəziyyətini anlamağa imkan verir. Prosedur tam ağrısızdır və yüksək komfortla həyata keçirilir.
Pasiyentlərimizə daha düzgün diaqnoz və daha effektiv müalicə təqdim etmək üçün daim ən müasir texnologiyalara əsaslanan yanaşmalar tətbiq olunur. Hər bir müraciətə diqqətlə yanaşılır və ehtiyaca uyğun fərdi müalicə planı hazırlanır.Cərrahi müalicə endoskopik cihazlar vasitəsilə yüksək peşəkarlıqla icra edilir.