Laboratoriya
Laboratoriyamız tam avtomatlaşdırılmış sistemlərlə, dünyanın qabaqcıl brendlərinə məxsus analizator və cihazlarla təchiz olunmuşdur. Burada tətbiq olunan mərkəzləşmiş idarəetmə və keyfiyyətə nəzarət mexanizmi nəticəsində analizlərin nəticələri dünya standartlarına tam uyğun şəkildə təqdim edilir. İstifadə edilən əsas cihazlar arasında:
Roche – Biokimyəvi analizlər üçün
Abbott – İmmunkimyəvi testlər üçün
Sysmex – Hematoloji göstəricilərin qiymətləndirilməsi üçün
Mikroskopik və mikrobioloji sistemlər – Nümunələrin detallı təhlili üçün yer almaqdadır.
Laboratoriya Tədqiqat Sahələri
Laboratoriya şöbəmiz geniş analiz spektrini əhatə edir:
Biokimyəvi Analizlər
Qlükoza, kreatinin, ureya, xolesterin, qaraciyər enzimləri (ALT, AST), elektrolitlər (Na, K, Ca və s.) – bu analizlər vasitəsilə orqanizmin əsas maddələr mübadiləsi prosesləri qiymətləndirilir.
İmmunkimyəvi Analizlər
Hepatit viruslarına qarşı testlər (HBsAg, Anti-HCV), C-reaktiv zülal (CRP) kimi göstəricilər immun sistemin fəaliyyəti və iltihabi proseslər barədə mühüm informasiya verir.
Hematoloji Analizlər
Qanın ümumi analizi, eritrosit, leykosit, hemoqlobin və trombositlərin sayının avtomatik və yüksək dəqiqliklə müəyyən olunması Sysmex sistemləri ilə həyata keçirilir.
Mikroskopiya
Sidik və nəcis nümunələrinin ümumi mikroskopik qiymətləndirilməsi infeksiya və iltihabi halların aşkarlanmasında vacibdir.
Mikrobioloji Tədqiqatlar
Sidik, qan kulturası və boğaz (əsnək) yaxmaları vasitəsilə infeksiya törədiciləri müəyyən olunur və antibiotikə həssaslıq testləri aparılır.
Histoloji Analizlər
Biopsiya nümunələrinin hazırlanması, fiksasiyası və immunohistokimyəvi analizlər onkoloji və toxuma əsaslı xəstəliklərin dəyərləndirilməsində əhəmiyyətlidir.
Genetik Tədqiqatlar
İrsi xəstəliklər, onkoloji genetik analizlər və hamiləlik zamanı dölün genetik sağlamlığının yoxlanılması kimi müasir molekulyar-genetik testlər də laboratoriya xidmətlərimizə daxildir.
Bonum Medical Klinikası laboratoriyası – dəqiq nəticə, etibarlı diaqnostika və sürətli xidmət üçün güvənəcəyiniz doğru məkandır. Burada aparılan hər bir analiz sağlamlığınız üçün əhəmiyyətli addımlardan biridir.