Haqqımızda
Sağlıq hər kəsin haqqıdır!Bonum Medical klinikası 2020- ci ildə 7 oktyabr tarixində bu deviz altında fəaliyyətə başladı. Həmin dövr tibb xidmətinin xalqımız üçün xüsusilə önəmli olduğu dönəmə təsadüf etmişdi. Səhiyyə sisteminin bir tərəfdən Vətən müharibəsində yaralarımızı sarmağa çalışdığı, bir tərəfdən COVİD 19 bəlası ilə mücadilə etdiyi çətin bir dövrdə bütün maneələrə rəğmən insanlar üçün üstün tibb xidməti göstərməyi hədəfləmiş yeni klinika Şəki şəhərində fəaliyyətə başladı.
Hamı üçün əlçatan olan üstün tibb xidməti missiyamızı yerinə yetirmək üçün lazım olan bütün cəhətləri özündə birləşdirən Bonum Medical klinikası artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir.
Ən müasir texnoloji imkanlara malik avadanlıqlar, pasientlər üçün ən yaxşı tibbi xidməti göstərməyi borc bilən tibbi personalı ilə Bonum Medical klinikası fəaliyyətə başladığı gündən etibarən regionun rəqibsiz Lider klinikasıdır. Bölgəmizdə bu vaxta qədər mövcud olmayan 10-larla yeni tibbi xidmət sahəsi əhalimizin xidmətinə verilmiş, müayinə və müalicə üsulları, cərrahi əməliyyat növləri uğurla tətbiq olunmuşdur. Lazer Göz Cərrahiyyəsinin bir çox növləri (Ekzimer Lazer, YAG, Argon Lazer), Endoskopik LOR, Uroloji və Ginekoloji cərrahiyyə növləri və çoxsaylı müxtəlif müayinə və müalicə növləri bölgədə yalnız Bonum Medical klinikasında mövcuddur və bir çox sahələr üzrə klinikamız ölkəmizin şimal bölgəsi əhalisinin yeganə pənah yeridir. Keyfiyyətli tibbi xidməti bölgəmizin insanları üçün əlçatan etmək, hamının güvəndiyi, canını rahatlıqla əmanət edə biləcəyi tibb ocağı olmaq uğrunda əzmlə çalışan Bonum Medical kollektivi daim genişlənir, sıralarımıza yeni – yeni mütəxəssislər qatılır.
Keyfiyyəti əldə etmək hər zaman çətindir. Keyfiyyətli iş elm, ağıl, əmək və vicdanın birləşdiyi bir yolda ortaya çıxar. Bonum Medical kollektivi olaraq bu yolda əzmlə, inamla çalışırıq. Biz fəaliyyətə başladığımız gündən söz vermişdik, sizlərə daim keyfiyyətli tibb xidməti göstərəcəyik, ehtiyacınız olan bütün müayinə və müalicə növlərini sizin xidmətinizə təqdim edənə qədər çalışacağıq.
Pasientlərimizdən göstərdiyimiz fəaliyyətə görə daim pozitiv geri dönüşlər, təşəkkür, xeyir-dua alırıq. Bu bizi daha da ilhamlandırır, daha çox çalışmağa sövq edir. Artıq yeni bir dönəmin astanasındayıq. Söz verdiyimiz kimi tezliklə heç bir tibbi xidmət sahəsinə görə paytaxta üz tutmağa ehtiyacınız qalmayacaq. Bunun üçün sağlam təməllər atılıb və inamla irəliləyirik.
Bonum sözünün mənası tibbin dili olan latıncada “yaxşı”, “üstün“ və “qayğı“ mənasını daşıyır. Əziz pasientlər, amalımızı özümüzə ad seçdik, tibb xidmətimizi bizə ehtiyacı olan insanlara qayğı hissinə dayanaraq qurduq. Ən dəyərli varlığınız olan sağlığınızı Bonum Medicala etibar etdiyiniz, bizə etmadınız üçün sizlərə təşəkkür edirik!