Travmatologiya
Bonum Medical klinikasının Travmatologiya bölməsi sümük-oynaq sistemi, bağ-əzələ aparatı və travmatik zədələnmələrin diaqnostika və müalicəsi sahəsində ixtisaslaşmışdır. Müxtəlif mənşəli travmalar, sınıqlar, çıxıqlar, bağ zədələnmələri, degenerativ oynaq xəstəlikləri və ortopedik problemlərlə müraciət edən pasiyentlər üçün bölməmizdə müasir tibbi standartlara uyğun, operativ və fərdi yanaşmaya əsaslanan kompleks xidmət təqdim olunur.
Bölməmizdə travmatoloji xəstəliklərin dəqiq qiymətləndirilməsi üçün müasir diaqnostik imkanlar mövcuddur. Klinikamızda rəqəmsal rentgen sistemi sümük və oynaq strukturlarının sürətli və yüksək keyfiyyətli görüntülənməsini təmin edir. Bununla yanaşı, KT müayinəsi — sürətli icra olunması və eyni anda bir neçə anatomik nahiyənin müayinəsinə imkan verməsi səbəbilə, xüsusilə təcili travmatoloji hallarda əvəzolunmaz diaqnostik üsullardan birikimi tətbiq olunur. Bu texnoloji imkanlar zədələnmələrin dəqiq dəyərləndirilməsinə və düzgün müalicə planının vaxtında hazırlanmasına şərait yaradır.
Təcrübəli travmatoloq və ortoped həkimlərimiz hər bir pasiyentin klinik vəziyyətini fərdi şəkildə qiymətləndirərək konservativ və ya müdaxilə tələb edən müalicə metodlarını seçirlər. Müalicə prosesi yalnız zədənin aradan qaldırılmasına deyil, həm də funksiyanın bərpasına, ağrının azaldılmasına və gələcək fəsadların qarşısının alınmasına yönəldilir.
Hərəkət azadlığı sağlam həyatın əsas şərtidir — travmatoloji problemlərin diaqnostika və müalicəsində etibarlı tibbi dəstək üçün Bonum Medical xidmətinizdədir.